İspaniyanın "Real Madrid" klubu futbolçusu Antonio Blankonu icarəyə verib.
İqtisadiyyat.az xəbər verir ki, Kral klubu futbolçusu Antonio Blankonu "Deportivo Alaves" klubuna icarəyə verib. İcarə müddəti 30 İyun 2023-cü ilə qədər.
Qeyd edək ki, Blanko son olaraq "Kadiz" klubunda icarə əsasında çıxış edirdi.