2025-ci ildə Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının təqdimat mərasimi keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ardınca Dünya Minifutbol Federasiyasının diqqətini cəlb etmiş Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən turnirin videoçarxı nümayiş olunub.

Gənclər və İdman naziri Fərid Qayıbov son illərdə ölkəmizdə müxtəlif idman növləri üzrə beynəlxalq yarışların keçirildiyini xatırladıb.

Daha sonra Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə dünya çempionatının Baklda keçiriməsi ilə bağlı danışıb.

Ardınca söz Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judaya verilib.

Çıxışlardan sonra isə Orxan Məmmədovla Filip Juda arasında anlaşma memorandumu imzalanıb. Judaya minifutbol üzrə Azərbaycan yığmasının forması təqdim olunub