Mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, toplantı zamanı ARVK-nın sədri Anar Bağırov TBB-nin prezidenti Erinç Sağkanı təltif edib.

Anar Bağırov çıxışında qeyd edib ki, qısa zaman ərzində ARVK və TBB-nin birgə əməkdaşlığının güclənməsində, eyni zamanda hazırda davam edən toplantının gerçəkləşməsində TBB-nin prezidenti Erinç Sağkanın əməyi danılmazdır:

“Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Erinç Sağkanın xidmətləri yüksək qiymətləndirilib. Dəyərli Erinç bəy, siz Vəkillər Kollegiyasının ən yüksək mükafatı olan Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilirsiz. Bu mükafatı sizə təqdim etmək mənim üçün bir şərəfdir”.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsini təqdim edib. 

TBB sədri Erinç Sağkan mükafat və hədiyyəyə görə minnətdarlığını bildirib, Azərbaycanda vəkillərin fəaliyyətlərində uğurlar arzulayıb