Azərbaycanın yeniyetmələrdən ibarət stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan qitə çempionatında 4 tennisçi ilə təmsil olunacaq.

Yığmanın heyətində Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı qızıl medallar uğrunda mübarizə aparacaq.

Yarışa mayın 22-də start veriləcək.

Azərbaycanı qitə çempionatında beynəlxalq dərəcəli hakim Zaur Mikayılov təmsil edəcək