2026 UEFA Avropa Liqası və 2027 UEFA Konfrans Liqası finallarına İstanbul ev sahibliyi edəcək.

İqtisadiyya.az "Operativ Media"ya istinadən xəbər verir ki, İrlandiyanın paytaxtı Dublində UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdarə Heyəti 2026-cı ildə UEFA Avropa Liqasının finalının "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda keçirilməsinə qərar verib. 2027-ci ildə Konfrans Liqasının finalının oynanılacağı stadion isə daha sonra müəyyənləşəcək.

"Tüpraş" stadionu ikinci dəfə UEFA-nın final təşkil etdiyi final oyununa ev sahibliyi edəcək. 2019-cu ildə İngiltərənin iki komandası, "Liverpul" və "Çelsi" komandalarının üz-üzə gəldiyi UEFA Super Kubokunun final matçı o vaxtkı adı "Vodafone Park" olan stadionda keçirilib