“Mançester Yunayted” hollandiyalı Erik ten Haaqın əvəzediciləri arasında Londonda “Çelsi”dən qovulan 52 yaşlı argentinalı Maurisio Poçettinonun da namizədliyini nəzərdən keçirir.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda BBC Sport məlumat yayıb.

Poçettinonun rəhbərliyi altında "Çelsi" İngiltərə Premyer Liqasının başa çatmış mövsümündə 63 xalla 6-cı yeri tutub. “Mançester Yunayted” Premyer Liqa çempionatını tarixin ən aşağı pilləsində başa vurub. “Mançester Yunayted” 60 xal toplayaraq 8-ci yeri tutub.

Poçettino ötən yaydan "Çelsi"yə rəhbərlik edib. O, daha əvvəl "Espanyol", "Sauthempton", "Tottenham" və PSJ-ni də çalışdırıb.