Beş il ərzində Ukraynaya silah idxalı 6633% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsinin "Teleqram" kanalında məlumat verilib.

Bu ilin fevralına olan məlumata görə, müharibə başlayandan bəri ABŞ Ukraynaya 60 tranşdan çox hərbi yardım köçürüb. ABŞ Konqresinin Araşdırma Xidmətinin məlumatına görə, 2022 və 2023-cü maliyyə illərində Kiyevə hərbi yardım 48,7 milyard dollar təşkil edib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə ölkəyə Qərb silahlarının kifayət qədər və vaxtında verilməməsindən şikayətlənib.

 

Gözəl Həşimova