"300 hektardan çox buğda əkinimiz, 400 hektara yaxın isə arpa əkinimiz mövcuddur".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Ağcabədi taxıl Aqropark”a təşkil olunan mediatur zamanı "Ağcabədi taxıl Aqropark" MMC-nin aqronomu Anar Həsənov deyib.

Onun sözlərinə görə, təxmin olunan məhsuldarlıq 60-70 sentner arası gözlənilir

Aqronom bildirib ki, hazırda qarğıdalı sahələrində cərgələrarası becərilmə işləri görülür: "Bununla yanaşı, əlavə yemləmə olaraq üstdən 46 faizli azot gübrəsi-karbamit verilir. 400 hektardan çox yazlıq əkin qarğıdalımız mövcuddur. Qarğıdalı çeşidlərimiz əsasən popkorn, dənlik qarğıdalı və silosluq olaraq əkilir. Eyni zamanda, qarğıdalı ilə birlikdə arpa və buğda əkinlərimiz də mövcuddur".

Sadiq Cavadov