İngiltərə Milli Komandasının baş məşqçisi Qaret Sautqeyt Avro-2024 üçün 33 nəfərlik heyətini açıqlayıb. Sautqeyt turnirdən əvvəl heyəti 26 oyunçuya endirəcək. İngiltərə iyunun 16-da Serbiya ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, İngiltərə son Avropa çempionatında finalda İtaliyaya uduzduqdan sonra bu yay Almaniyada  favoritlər sırasındadır. Turnirdə Harri Keyn, Fil Foden, Jude Bellinqem və Deklan Rays kimi ulduzlar iştirak etsə də, bəzi vacib futbolçular heyətə daxil edilməyib. Ən çox diqqət çəkən isə “Mançester Yunayted”in ulduzu Markus Raşford olub. Sautqeyt bildirib ki, Reşfordun bu mövsümki performansı qeyri-adekvatdır. Reşford 60 milyon avro dəyərində heyətə daxil edilməyən ən dəyərli ingilis futbolçu oldu. Ben Uayt 55 milyon avro dəyərində ikinci yeri tutsa da, texniki heyətlə yaşadığı problemə görə oyunçu heyətə daxil edilməyib.

"Çelsi"dən Ris Ceyms, Levi Kolvill və Rahim Sterlinq heyətə daxil edilməyən digər adlar arasında idi. Sautqeyt Cordan Hendersonu zədə səbəbindən heyətdən kənarda qoyub. Dortmund "Borussiya"sında parlayan Ceydon Sanço və "Bornmut"da uğurlu mövsüm keçirən Dominik Solanke heyətə daxil edilməyən digər önəmli oyunçulardı.

1) Reşford - 60 milyon avro

2) Ben Uayt - 55 milyon avro

3) Ceyms - 50 milyon avro

4) Kolvill - 50 milyon avro

5) Sterlinq - 45 milyon avro 

6) Ramsi - 42 milyon avro 

7) Tomori - 40 milyon avro 

8) Mount - 40 milyon avro

9) Gibs Uayt - 40 milyon avro 

10) Levis - 38 milyon avro