Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-dən sonra karyerasını başa vuracağını açıqlayan "Real Madrid"in 34 yaşlı alman yarımmüdafiəçisi Toni Kroosa təşəkkür edib.

İqtisadiyyat.az xəbər verir ki, Ronaldo və Kroos "Real"da birlikdə çıxış ediblər.

“Hər şey üçün təşəkkür edirəm, Toni. Meydanı sizinlə bölüşmək mənim üçün böyük şərəf idi. Sizə gələcəkdə ən yaxşısını arzulayıram” deyə Ronaldo qeyd edib.

Kroos “Real Madrid”lə dörd dəfə Çempionlar Liqası və La Liqanın qalibi olub.