İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkələrin iqtisadi artımı bu ilin birinci rübündə 0,4% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın birinci rüb üçün ilkin hesabatında yer alıb.

Məlumata görə, ən yüksək artımı İsrail göstərib. Belə ki, İsrail iqtisadiyyatı ötən ilin dördüncü rübündə 5,9% kiçilməsinə baxmayaraq, bu ilin birinci rübündə 3,3% böyüyüb.

Yeddilik Qrupu (G7) ölkələrində iqtisadi artım bir qədər səngiyib - 0,4%-dən 0,3%-ə enib. Bu ölkələr arasında ən böyük artım Kanada və Böyük Britaniyada qeydə alınıb.

Hesabat dövründə İtaliya iqtisadiyyatı 0,3%, Fransa 0,2% və Almaniya 0,2% böyüyüb.

 

Gözəl Həşimova