Bakı Dövlət Universiteti (BDU) 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” tədbiri keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, universitet tədbirin təşkili və keçirilməsilə bağlı hazırlıq işlərinə başlayıb.

BDU “Məzun Günü” üçün iş və xidmətlərin satın alınması ilə bağlı tender elan edib.

Qeyd edilib ki, “Məzun Günü” tədbirinə yerli müğənnilərlə yanaşı ən azı 1 nəfər xarici mügənni də dəvət olunacaq.

Tədbirin sonunda 3 dəqiqə atəşfəşanlıq təşkil olunacaq və atəşfəşanlıqda “BDU – MƏZUN – 2024” sözləri yazılacaq. Tədbir dron və kameralar vasitəsilə 5 saat müddətində lentə alınacaq.

Ali təhsil müəssisəsi “Məzun Günü” tədbirinin 210 min manata başa gələcəyini ehtimal edir.