Rusiya prezidenti Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə Moskvada keçirilən danışıqlarda Fələstin-İsrail münaqişəsi zonasında gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BNA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağındakı vəziyyət danışıqların gündəliyinin əsas bəndlərindən birinə çevrilib. İki ölkənin liderləri xüsusilə Fələstin anklavında atəşkəs, israilli girovların azad edilməsi və mülki şəxslərə humanitar yardımın göstərilməsi istiqamətində beynəlxalq səyləri müzakirə ediblər. Tərəflər beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüslərinə uyğun olaraq ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq üçün Fələstin-İsrail münaqişəsini diplomatik vasitələrlə həll etməyə çağırıblar.

Agentliyin məlumatına görə, Bəhreyn kralı və Rusiya Federasiyasının prezidenti BMT Təhlükəsizlik Şurasının qlobal münaqişələrin həlli üçün üzərinə düşən vəzifələri yerinə yetirməli olduğunu vurğulayıblar.