Bu həftə Husi üsyançılarının Aralıq dənizində bir hədəfə qarşı hücumu həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu hərəkatın lideri Əbdülməlik əl-Husi bildirib. 

"Bu həftə Qırmızı və Ərəb dənizləri, Ədən körfəzi və Hind okeanında 15 raket və pilotsuz uçuş aparatından istifadə etməklə 8 əməliyyat həyata keçirilib. Bu həftə keçirdiyimiz hərbi əməliyyatlardan biri də Aralıq dənizindəki hədəfə qarşı həyata keçirilib", - deyə əl-Husi qeyd edib.