Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər müsahibə mərhələsində iştirak etmək üçün 29 may 2024-cü il tarixinədək Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən eservices.dim.gov.az link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İqtisadiyyat.az xəbər verir ki, Kollecə 2024/2025-ci tədris ili üzrə qəbul yalnız onbirillik orta ixtisas təhsilini başa vurmuş abituriyentlər arasında aparılacaq. Müsahibə mərhələsinin hansı tarixdə keçiriləcəyi DİM tərəfindən elan olunacaq.

Qeyd edək ki, bu il Bakı İlahiyyat Kollecinə 20 tələbənin qəbul olunması nəzərdə tutulub.