"Naxçıvan Universiteti"ndə təqaüdlərimiz ikinci aydır ki, verilmir".

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a sözügedən universitetin tələbələrindən müraciət daxil olub.

Məsələ ilə bağlı "Naxçıvan Universiteti"nin rektoru Anar Kazımova sorğu ünvanladıq.

Universitetin rektoru Oxu.Az-ın sorğusuna cavab olaraq, məlumatı təkzib edib.

"Bu şikayətin heç bir əsası yoxdur. Biz aprel ayının ödənişini etmişik, may ayının da sifarişini vermişik, bu gün və ya sabah o da veriləcək. İndiyə kimi bizim universitetdə təqaüdlərin verilməsi ilə bağlı hər hansı yubanma olmayıb. Əgər hansısa tələbənin belə bir problemi varsa, şəxsən mənə müraciət etsin, məsələnin nə olduğunu araşdıraq", - deyə rektor bildirib.