Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydaları təsdiq edilib və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib.

İqtisadiyyat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manat müəyyən edilib.

Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsini Dövlət İmtahan Mərkəzi təşkil ediləcək.

Test imtahanı bir mərhələdə keçirilir və proqrama uyğun olaraq hazırlanmış 30 test tapşırığından ibarətdir.

İxtisas şəhadətnaməsinin verilməsi üçün haqq tutulmur.