Ukrayna münaqişəsi son nəticədə iki istiqamətdə - Rusiya ilə Ukrayna və Rusiya ilə ABŞ arasında baş tutacaq danışıqlar yolu ilə həll olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri "Blikk" internet nəşrinə müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.

"Düşünürəm ki, iki tamamilə fərqli danışıqlar prosesi paralel olaraq baş verəcək. Yalnız Rusiya və Ukrayna üçün deyil, həm də bütün Avropa təhlükəsizlik sistemi yaxın 20-30 il mövcudluğumuzu müəyyən edə bilər", - Orban bildirib.

O, həmçinin qeyd edib ki, bu, təkcə iki ölkə arasında münaqişə deyil, çünki Ukraynanın arxasında bütün Qərb dayanır.