Azərbaycan Mərkəzi Bankı (AMB) “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatına (BOKT) sığorta agenti lisenziyası verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB açıqlayıb.

Bununla da sığorta agenti lisenziyası olan hüquqi şəxslərin sayı 53-ə çatıb.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon 438,6 min manatdır. BOKT-un təsisçisi 100 % İlqar Əhmədzadədir.