"Nihad İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabatları təhrif etdiyi aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Statistika Komitəsi şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.