Bu ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə yığımları azalan sığorta şirkətləri məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, siyahıya 8 sığorta şirkəti daxildir.
Ən çox yığım üzrə itkilərlə üzləşən sığorta şirkətləri isə "Bakı Sığorta", "Aqrar Sığorta" və "Xalq Sığorta"dır. Bu şirkətlərin yığımları müvafiq olaraq, 46, 23 və 22 faiz fərqlə azalıb.
Sığortaçının adı |
Sığorta haqları, (2024-cü il yanvar-mart), min manat |
Sığorta haqları, (2023-cü il yanvar-mart), min manat |
İllik fərq |
A-Qroup Sığorta Şirkəti |
4,988 |
5,639 |
-12% |
Ata Sığorta |
2,594 |
2,670 |
-3% |
Bakı Sığorta |
805 |
1,486 |
-46% |
İpək Yolu Sığorta |
529 |
651 |
-19% |
Qala Həyat Sığorta Şirkəti |
5,190 |
5,782 |
-10% |
Qala Sığorta |
27,781 |
29,883 |
-7% |
Xalq Sığorta |
5,720 |
7,289 |
-22% |
Aqrar Sığorta |
7,346 |
9,567 |
-23% |