İndoneziyanın Şimali Sulavesi əyalətindəki Ruanq vulkanı yenidən püskürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya Departamenti məlumat yayıb.

Məlumata görə, atmosferə 19 kilometr hündürlükdə kül dumanı yayılıb.

Ruang artıq aprel ayında 8 dəfə püskürüb. İndiyədək adadan 828 sakin təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

 

Gözəl Həşimova