Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa İttifaqını (Aİ) ölkənin 2024-cü ildə təşkilata daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kobaxidze Tbilisidə hakim partiyanın təşəbbüslərinə, o cümlədən xarici agentlər haqqında qanunun qəbuluna dəstək nümayişində deyib.

"Biz Avropa İttifaqını gürcü cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və açıq danışıqlara çağırırıq", - baş nazir qeyd edib.

2023-cü il noyabrın 8-də Avropa Komissiyası Avropa İttifaqı Şurasına Bosniya və Herseqovina, Moldova və Ukrayna ilə icmaya qəbulla bağlı danışıqlara başlamağı, həmçinin Gürcüstana üzvlük üçün namizəd statusunun verilməsini tövsiyə edib. Avropa Komissiyasının hesabatında bildirilir ki, o, respublikanın müxtəlif sahələrdə islahatlar aparması şərti ilə Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edir.