Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının bu ilin birinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Hesabat dövründə şirkətin mənfəəti 463 milyon dollardan 4,8 milyard dollara yüksəlib.

Buna səbəb şirkətin "Galaxy S24" smartfonlarının güclü satışı və yaddaş çiplərinin yüksək qiymətləri olub.

Qeyd edək ki, şirkətin yarımkeçirici bölməsi 2022-ci ilin dördüncü rübündən bəri ilk dəfə mənfəət əldə edib.

 

Gözəl Həşimova