"Yelo bank" kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi iştirakçısını məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, bank Məhərrəmov Kamran Oleq oğlu barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (borc müqaviləsi üzrə mübahisələr) bağlıdır.

İddia hakim Ədil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Məhərrəmov Kamran Oleq oğlu Vətən müharibəsi iştirakçısıdır. O, Vətən müharibəsi zamanı kiçik çavuş olub. K.Məhərrəmov Laçının, Qubadlının və Cəbrayılın azad olunması uğrunda döyüşüb və həmin rayonların medalları ilə təltif edilib.

Xatırladaq ki, bu ilin əvvəlində "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev Vətən müharibəsi qazilərinin kredit borclarının silinəcəyini bildirib.