"Qala Həyat" Sığorta Şirkəti ilə "Bloksi" şirkətinin məhkəmə çəkişməsi başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, sığorta şirkəti "Bloksi"yə qarşı məhkəmədə iddia qaldırıb.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sığorta müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

İddia Şəki Kommersiya Məhkəməsində hakim Mübariz Hüseynovun sədrliyi ilə araşdırılacaq.