Dövlət Turizm Agentliyinin elan etdiyi təbliğat işlərinin yerinə yetirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Baku Holiday" MMC olub.

Şirkətlə 1.499.815,4 manat məbləğində müqavilə imzalanacaq.

Tenderin şərtlərinə elektron media, qəzet, jurnal, radio, televiziyada reklam-təbliğat xidmətləri, bunun üçün mətnlərin hazırlanması, turizm təbliğatı ilə bağlı audio, video, foto məhsullarının hazırlanması, təbliğat xarakterli çap və promo məhsullarının hazırlanması, eləcə də tədbirlərin və tanışlıq turlarının təşkili daxildir.

Qeyd edək ki, şirkət əvvəlki dövrlərdə də tender iştirakçısı və qalibi olub. "Baku Holiday" 2013-cü ildən xidmət göstərən turizm agentliyidir.

Gülşən Şərif