Bu ilin birinci rübündə Azərbaycana 48 milyon ABŞ dolları dəyərində 211,9 min ton buğda idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 60,6 milyon dollar və ya 55,7%, həcmi isə 40,4 % azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,30%-nə bərabər olub.


Gözəl Həşimova