Bu ilin birinci rübündə Azərbaycana 80,9 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 41,6 % azalıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 48 milyon ABŞ dolları dəyərində 211,9 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova