Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

İqtisadiyyat.az xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.

Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. O, fevralın 21-də vəfat edib.