Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycanın 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan  Prezidentinin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.