Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallının Rusiyada saxlanılmasının görüntüləri yayılıb.

İqtisadiyyat.az xəbər verir ki, görüntülərdə K.Zeynallının üzərindəki əşyaların müsadirə olunduğu öz əksini tapıb. 

Həmin görüntüləri təqdim edirik:

***

02.40

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.