22 aprel - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.

Bu barədə İqtisadiyyat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Nazirliyin dəstəyi və "Kontakt Home" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı 2 hektar sahədən 2 tondan artıq tullantı toplanıb.

Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.