Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqlarda yararsız vəziyyətə düşmüş oturacaqların sayı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat əldə edib

Bildirilib ki, hazırda istismara yararsız vəziyyətə düşmüş 72 oturacaq mövcuddur və onların hamısının yenilənməsi nəzərdə tutulur.

Qeyd edək ki, AYNA “Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaq pavilyonlarında yaranmış nasazlıqların aradan qaldırılması xidmətlərinin satın alınması” ilə bağlı tender elan edib. Agentlik dayanacaq pavilyonlarında yaranmış nasazlıqların aradan qaldırılmasının 524 895,47 manata başa gələcəyini ehtimal edir.