Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) bu il 4 %, gələn il isə 2 % həcmində artacaq.

Bu barədə “S&P Global Ratings”in Qafqaz və Mərkəzi Asiya üzrə hesabatında bildirilib.

Sənədə əsasən, 2023-2024-cü illərdə isə Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyəcək.

Gələn il Azərbaycan iqtisadiyyatı, qısamüddətli əlverişli neft qiymətlərinin dinamikası ilə 2019-cu il səviyyəsini ötməyə hazırlaşır.

S&P-nin proqnozuna görə, “COVID-19” pandemiyası ilə bağlı xərclər bu gün yaşanandan pis olmayacaq və azalmağa davam edəcək.