Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Almaniyada "Bayer"in qonağı olub. 

Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb - 2:2.

Avorpa Liqası

1/8 final mərhələsi, cavab oyunu

14 mart

Bayer (Almaniya) - Qarabağ 3:2

Qollar: Frimponq, 71. P.ŞİK, 90+3, 90+7 - A.Zubir, 58, Juninyo,66

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 62

Baş hakim: Entoni Teylor (İngiltərə)

İlk oyun 2:2

***

01:31

Almaniyanın "Bayer 04" klubu "Qarabağ"a qarşı keçirdiyi cavab oyununda fərqi azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, matçın 72-ci dəqiqəsində meydan sahiblərinin heyətində Ceremi Frimponq fərqlənib.

Hazırda "Qarabağ" 2:1 hesabı ilə öndədir.

***

01:28

"Qarabağ" "Bayer 04"ə qarşı oyunda azlıqda qalıb.

İqtisadiyyat.az xəbər verir ki, Elvin Cəfərquliyev 62-ci dəqiqədə qırmızı vərəqə alıb.

67-ci dəqiqədə isə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

***

01:19

Almaniyada keçirilən "Bayer 04" və "Qarabağ" arasındakı matça hesab açılıb. 

İqtisadiyyat.az xəbər verir ki, oyunun 58-ci dəqiqədə Abdullah Zubir fərqlənib və "Qarabağ" səfərdə 0:1 önə keçirib

***

01:05

Almaniyada keçirilən "Bayer 04" və "Qarabağ arasındakı matçda ikinci hissə başlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, komandalar ilk yarıya bərabərliklə yollanmışdı. 

***

00:49 

Almaniyada keçirilən "Bayer 04" və "Qarabağ" arasındakı matçın ilk hissəsi başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***

00:00

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" səfərdə "Bayer" klubunun qonağı olacaq. "Bay Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda 2-2 hesablı bərabərlik qeydə alınmışdı.

Avropa Liqası

1/8 finalın cavab oyunu

14 mart

00:00. “Bayer” – “Qarabağ”

Baş hakim: Entoni Teylor (İngiltərə)

Leverkuzen. “BayArena”

İlk oyun – 2:2.