ABŞ-nin Oklahoma ştatını onlarla tornado vurub.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insan yaralanıb. Bundan əlavə, ştatda 20 mindən çox insan işıqsız qalıb.

Oklahoma qubernatoru ştatda fövqəladə vəziyyət elan edib.

 

Gözəl Həşimova