Ceyhun Bayramov Kuba və çexiyalı həmkarları ilə görüşüb - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çexiya və kubalı həmkarları Petr Matsinka və Bruno Eduardo Rodriqez Parrilya ilə görüşüb.