Bu il yığılan verginin həcmi açıqlanıb
Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil olub, proqnoza 105.1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315.1 milyon manat və ya 2.1 faiz artıb.