Akademik Zərifə Əliyevanın anım günü – fədakar ömrün işığında
Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix yalnız bir alimin xatirəsinin yad edilməsi deyil, həm də bütöv bir epoxanın – fədakarlıq, humanizm və elmi zəhmətlə yoğrulmuş bir həyat yolunun ehtiramla anılması deməkdir.