Sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib
Ali Məhkəmə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və rayonun digər sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə “Xalq Bank”ın qaldırdığı mülki iddianı təmin edib.