Vüqar Rəhimzadə: Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir
Ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək” fikirləri ilə türk dünyasının birliyinin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiqlədi.