Sumqayıt şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib - FOTO
15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə təşkil olunmuş “Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.