Aeroport istiqamətində bəzi marşrutların hərəkət sxemləri dəyişdiriləcək
14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən "Buta Palace" yaxınlığındakı yolötürücüyə qədər, 15 fevralda isə əks istiqamətdə "Buta Palace" yaxınlığındakı yolötürücüdən aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.