Qanunsuz satış aparanlardan nərə balığı və 5 kiloqrama yaxın kürü aşkarlanıb
Azərbaycanda sosial şəbəkələrdə dəniz balığı adı ilə qanunsuz satış aparanlardan 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1 355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd nərə kürüsü aşkarlanıb.