Culfa və Babəkdə yollar təmir olunacaq
Culfa şəhərdaxili, Culfa və Babək rayon kənddaxili avtomobil yolların əsaslı təmiri işləri həyata keçiriləcək.
Culfa şəhərdaxili, Culfa və Babək rayon kənddaxili avtomobil yolların əsaslı təmiri işləri həyata keçiriləcək.
Tərtər rayonu ərazisində Bərdə-Tərtər magistral avtomobil yolunun və Bayraq Meydanı kompleksi ərazisinin Tərtərçay ətrafında sel və daşqın sularından mühafizəsi tədbirlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Astara rayonunun Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı və təsərrüfat sahələrinin Pensərçayın sel və daşqın sularından mühafizəsi tədbirlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Xocavənd rayonu Güneyxırman, Quzeyxırman, Güneyçartar, Xanoba və Kiş yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin yenidənqurma işləri həyata keçiriləcək.
Ağdərə rayonunun Kolatağ kəndində 23, Xocalı rayonunun Xanyurdu kəndində 32 və Qarabulaq kəndində 40 fərdi yaşayış evi təmir olunacaq.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edib.
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 79 921 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alıb.
Şuşa şəhərində D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işlərinin və ərazinin abadlaşdırlması işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Masallıda avtomobil yollarının əsaslı təmiri işləri həyata keçiriləcək.
Hadrut qəsəbəsinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.
Qobustan rayonunda mənzil fondu (binalar) üzrə təmir işləri həyata keçiriləcək.