"Qarabağ" "Atletik Bilbao" ilə oyunundakı təxribata görə UEFA-ya müraciət etdi
Xəbər verildiyi kimi, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçı zamanı bir qrup azarkeş tərəfindən separatçı rejimin bayrağı açılıb. Bununla bağlı yayılan görüntülər narazılıqlara səbəb olub.