Ailələrin kommunal xərcləri orta hesabla 10-15 faiz azalacaq - AÇIQLAMA
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik nəticəsində yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılmasının icbari xarakter alması tikinti sektorunda keyfiyyət və şəffaflığın yüksəlməsi istiqamətində strateji əhəmiyyət kəsb edən mühüm addımdır.