Avropa Komissiya SOCAR və TISS arasında sövdələşməni təsdiqlədi
Avropa Komissiyası Avropa İttifaqının (Aİ) "Birləşmələr haqqında Reqlamenti"nə uyğun olaraq “SOCAR Turkey Enerji” A.Ş. (STEAS) və “Terminal Investment Switzerland Sàrl” (“TISS”) tərəfindən “SOCAR Aliağa Liman İşletmeciliği” A.Ş. (“SOCAR Terminal”) şirkəti üzərində birgə nəzarətin əldə edilməsini təsdiqləyib.