EIA bəzi MDB ölkələrində neft hasilatı üzrə proqnozunu açıqladı - CƏDVƏL
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Müstəqil Dövlətlər Birliyinin (MDB) 2026-2027-ci illər üçün gündəlik neft və digər ma
ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Müstəqil Dövlətlər Birliyinin (MDB) 2026-2027-ci illər üçün gündəlik neft və digər ma
ABŞ-nin kommersiya neft ehtiyatları ötən həftə 8,53 milyon barel artıb.
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.
Dünya bazarlarında neft qiymətləri yüksəlib.
ABŞ-nin energetika naziri Kris Rayt Venesuelanın neft sənayesinin vəziyyətini qiymətləndirmək məqsədilə bu ölkəyə səfər edib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı yanvar ayında əvvəlki aya nisbətən 135 min barel azalaraq 28 milyon 453 min barelə düşüb.
Neft hasilatının azaldılması sazişində iştirak edən "OPEC+" ölkələri ötən ay könüllü azalmalar və kompensasiya nəzərə alınmaqla, gündəlik hasilatı 265 min barel (bpd) azaldaraq plandan 644 min barel az neft hasil ediblər.
Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik.
Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır.
Qlobal neft tələbatı bu il gündəlik 1,4 milyon barel artaraq 106,52 milyon barelə çata bilər.
Bu ilin yanvar ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 459 min barel səviyyəsində olub. "APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin dekar ayında da qeyd olunan göstərici 459 min barel səviyyəsində olub. Məlumata əsasən, ötən ilin birinci, ikinci, üçüncü və dürdüncü rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı müvafiq olaraq 466 min barel, 461 min barel, 459 min barel və 459 min barel təşkil edib. Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır. Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan ötən ilin yanvar ayında"OPEC+" çərçivəsində kvotadan 92 min barel, ümumi 2025-ci ildə isə 90 min barel geri qalıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il "OPEC+" ölkələrindən neft tədarükünün artım proqnozunu gündəlik 0,6 milyon barel saxlayaraq 54,78 milyon barelə çatdırıb.